Yarım tondan ağır olan kişini gitara sevgisi "əritdi" - VİDEO, FOTO

08 May, 2017 12:45 | Həyat Tərzi | Baxış sayı: 139

Üç aya 170 kq çəki atıb

Yarım tondan artıq çəkisi olan kişi uşaqlıq arzusu üçün "əridi". İstiPress-in məlumatına görə, 32 yaşlı Meksikadan olan Xuan Pedro Franko 600 kq-lıq çəkisi ilə dünyanın ən kök insanı olub.

İlk olaraq Xuan üç aya 170 kq arıqlayıb. Bunu o mədəkiçiltmə əməliyyatı üçün edib. 

Meksikalı gənc illərlə yataqdan qalxa bilməyib. Ancaq həkim nəzarətində sərt pəhriz ona çəkisinin 30 faizini atmağa imkan verib. 

Onun arıqlamaq barədə qəti qərarının səbəbi isə olduqca maraqlıdır - gitara çalmaq. 

Xuan Pedro yeniyetmə yaşlarında düşdüyü qəzadan sonra sürətlə çəki almağa başlayıb.