Spirtli içki qəbul edənlər bundan azad oldu

08 May, 2017 07:00 | Həyat Tərzi | Baxış sayı: 440
Araq
Araq

"Paxmel" vəziyyəti yaranmayacaq

Cənubi Koreya alimləri arağı sintez edərək onun "paxmel" yaratmayan variantını düzəldiblər.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, Çunqam milli universitetinin mütəxəssisləri bu içkini "O2 Lin" adlandırıblar. Onun adi spirtli içkilərdən fərqi odur ki, tərkibinə zənginləşdirilmiş oksigen daxil edilib. 

Bu içki beyni yüngülləşdirir, enerjini çoxaldır, dərini hamarlaşdırır və zahiri görünüşü yaxşılaşdırır.

Həmçinin bu arağın təsirindən insan tez ayılır.