"WhatsApp"dan gözlənilməz addım

08 Aprel, 2020 11:34 | Həyat Tərzi | Baxış sayı: 7982
"WhatsApp"
"WhatsApp"

Artıq mesajı birdəfəyə ancaq bir qrupa və ya şəxsə göndərmək olacaq

Dünyada yüz milyonlarla insanın istifadə etdiyi ani mesajlaşma xidməti olan "WhatsApp" pandemiya elan edilən koronavirusla bağlı tədbir görüb. Şirkət uzun müddətdir ki, istifadəçiləri maarifləndirmək üçün görüləcək işlərin üzərində çalışırdı. Atılan əsas addımlardan biri də virusla bağlı yanlış informasiyaların yayılmasının qarşısını almaqdır. 

Dezinformasiyanın yayılmasının qaraşısını almaq üçün insanların narahatlığına səbəb olacaq məlumatların kütləvi şəkildə göndərilməsi məhdudlaşdırılıb. Bu barədə şirkətdən verilən açıqlamada qeyd edilib. 

"İndi tədbiq etdiyimiz məhdudiyyətlə bu cür mesajlar bir dəfəyə sadəcə bir söhbətə əlavə ediləcək".

Məhdudiyyətdən öncə isə "WhatsApp"da mesajları birdəfəyə 5 fərqli insana və ya qrupa göndərmək olurdu. 

Xatırladaq ki, 2018-ci ilə kimi istifadəçilər bir dəfəyə 250 qrupa eyni mesajı göndərə bilirdilər. Daha sonra bu rəqəm 20-yə, ötən il isə 5-ə kimi azaldılmışdı.