"Həkimlərin piri" bu məhsulları mütləq yeməyi məsləhət görüb
"Həkimlərin piri və hökmüdarı" - orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sina məhz belə tanınırdı. Tarixin ən məşhur şəxslərindən olan İbn Sinanın əsrlər öncə qələmə aldığı şəfalı bitkilər haqqında məlumatlarındna bu gün də geniş istifadə edilir. Alternativ tibbin geniş yayaıldığı dövrdə onun şəfa qaynağı olan bitkiləri bir çox xəstəliklərədn qalxan rolunu oynayır.
Bəs bütün xəstəliklərin çarəsi adlandırılan qarışım nədən ibarətdir? Ən şəfalı məhsullar hansılardır? Bu gün İstiPress "həkimlərin piri"nin yeməyi məsləhət bildiyi bəzi məhsulları təqdim edəcək.
Küncüt
E vitamini ilə boldur. Ürəyin əsl dostudur. Küncüt yağı beyin və sinir hüceyrələrini gücləndirir. Əla kalsium qaynağıdır.
Qabaq suyu
Hipertaniyadan müdafiə edir.
Kərəviz
Sidikqovucu xüsusiyyətə malikdir.
Gül kələm
Qaraciyərin fəaliyyətini fəallaşdırır.
Badam
Sinə xəstəliklərindən şikayətiniz varsa badam yeyin. Üstündən də bal şərbəti için.
Bal
Qan azlığını aradan qaldırmağın ən faydalı yoludur.
Quzuqulağı
Bişirib suyu süzüləndə beynin işini sürətləndirir, mədəni qoruyur.
Keşniş
Ürək çırpıntısı olanlara yemək məsləhətdir.
Toyuq suyu
Onurğada ağrınız varsa toyuq suyu için.
Ləbləbi
Asit səviyyəsini tənzimləyir, mədə yanmasından qoruyur. Mədə xorası, qastrit riskini azaldır. Bədni isidir.
Süd
Bədənin qüvvəsini qoruyur. Yorğun və gərgin insanların qidasıdır.
Xurma
Mədəni rahatladır, qan artırır.
Alma
Ürəyi gücləndirir.
Qoyun ətinin suyu
İmmuniteteiniz zəifdir, arıqsanız və kökəlmək istəyirsinizsə qoyunun başını qaynadıb suyunu için.
Sarımsaq
Bel ağrısını azaldır.
İbn Sina xəstəliklərin müalicəsi üçün möcuzəvi məcunlardan da hazırlayıb. Onun məcununun tərkibi belədir:
250 qram quru əncir
1 litr zeytun yağı
Əncirləri yuyun, suyunu süzün və iri-iri doğrayın. Yağ dolu bankaya salıb ağzını möhkəm bağlyın. 5 gün müddətində bu qabı qaranlıq yerdə saxlayın. Bundan sonra gündə iki dəfə qəbul edin.
Bu qarışım astma kimi tənbəffüs yolu xəstəliyini müalicə edir. Ən önəmlisi isə onun xərçənglə mübarizə aparmasıdır. Xəstə hüceyrələrin yaranmasının qarşısını alır.