Qadın deputat dekoltesi ilə parlamenti şoka saldı FOTO

08 Fevral, 2019 10:27 | Həyat Tərzi | Baxış sayı: 406
Braziliyalı deputat
Braziliyalı deputat

O, qadın məmurlarının azlığına belə etiraz edib

Braziliyada qadın deputatlardan biri parlament iclasına gəldiyi geyimi ilə həmkarlarını şoka salıb. 43 yaşlı məmur An Pauda da Silva Santa Katarina ştatının parlamentinin ilk iclasında gündəm olmağı bacarıb. Buna səbəb isə məmur xanımın dekoltesi olub. 

Dərin qırmızı dekolte onun həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Da Silvanın özü narazılığa səbəb olacaq heç nə etmədiyini düşünür. Özünə qarşı olan hücumları isə kişi həmkarlarının çoxluğu ilə əlaqələndirir.

"Əvvəl mən ətrafdakıların maraqlarına uyğun hərəkət edirdim. Amma artıq bundan yorulmuşam. Mən qadınam və bunu gizlətməyə ehtiyac duymuram". Qadın məmur həmcinslərinin ölkənin ictimai həyatında az rol oynamasına bu üsulla etiraz edib. 

O, parlamentdə çalışdığı üçün geyim seçimində məhdudiyyətlərə yol vermək niyyətində olmadığını da qeyd edib. "İclaslara çılpaq gəlməyi düşünmürəm. Sadəcə özümə necə rahatdırsa elə də geyinmək istəyirəm".