Bu evlilik 3 dəqiqə çəkdi

08 Fevral, 2019 12:48 | Həyat Tərzi | Baxış sayı: 110
Bəy və gəlin
Bəy və gəlin

Nikahdan çıxan gəlin 3 dəqiqə öncə evləndiyi ərindən boşanır

Bu evlilik cəmi 3 dəqiqə davam edib. Dünyanın ən qısa evliliyi Küveyt olub. Qurulan ailənin bir neçə dəqiqədə bitməsinə səbəb bəyin kobudluğu olub.

Belə ki, gənc cütlük nikahları kəsilən binadan çıxarkən gəlin yıxılıb. bU zaman bəy ona "səfeh" deyərək lağ edib və gülməyə başlayıb. Bundan qəzəblənən gəlin də 3 dəqiqəlik ərindən ayrılıq qərarı verib.

Qadın dərhal məhkəməyə müraciət edib. O, bir kişinin bu cür davranışının qəbuledilməz olduğunu deyib. Maraqlısı odur ki, qadına sosial şəbəkələrədn böyük dəstək gəlib. "İlk gündən belə davranan kişidən ayrılmaq ən yaxşı qərardır", "hörmət olmadan evlilik olmaz", "əvvəldən uğursuz başlayıb".

Bəy və gəlinin adları açıqlanmayıb.