Azərbaycanlı milyarderin "ən lüks oteli" yenidən açılır

08 Fevral, 2019 11:57 | Həyat Tərzi | Baxış sayı: 141
"Mardan Palace"
"Mardan Palace"

"Mardan Palace" apreldən işə başlayacaq

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun dünya şöhrətli oteli yenidən qapılarını açır. Məlumata görə, "dünyanın ən lüks" oteli adına layiq görülən, lakin sahibinin borc problemlərinə görə uzun müddətdir istifadəsiz qalan "Mardan Palace" apreldən fəaliyyətə başlayacaq. 

Rusiya Turizm Operatorları Birliyinin (ATOR) məlumatına görə, otel "Titanic Mardan Palace" adı ilə aprelin 25-dən müştərilərini qəbul edəcək. Artıq otelin "Twitter" səhifəsi də fəaliyyətə başlayıb. 

Xatırladaq ki, adıçəkilən otelin açılışı 2009-cu ildə olub. AST Telman atasının adını daşıyan otelin inşaası üçün 1,4 milyard dollar vəsait xərcləyib.

Lakin AST Telmanın borcları səbəbindən 7 ulduzlu otel uzun müddət istifadəsiz qalıb, borclar müqabilində otel banklardan biri tərəfindən müsadirə edilmişdi. "Halkbank"la keçirilən görüşlərdən sonra "Titanic Hotels"lə razılıq əldə eidlib. Bu dəbdəbəli otelin 10 illik kirayələndiyi açıqlanmışdı.