Əfsanə geri qayıtdı - VİDEO

08 Yanvar, 2017 19:06 | Həyat Tərzi | Baxış sayı: 329
Nokia 6
Nokia 6

Nokianın ilk Android Telefonu rəsmi olaraq satışa çıxarıldı

Telefon bazarına geri qayıtmağa hazırlaşan "Nokia" bu il 6-7 ədəd yeni telefon təqdim edəcək.

İstiPress-in məlumatına görə, bu telefonlardan bəzilərinin MWC 2017-də təqdim edilməsi gözlənilirdi, lakin görünüşə görə "Nokia" daha cəld tərpənmək qərarına gəlib. 

Finlandiyalı "HMD Global” ilə birlikdə mobil cihaz sektorunda yeni smartfonlarla yoluna davam etməyə hazırlaşan "Nokia" ilk Android cihazını rəsmi olaraq bazara çıxardı.

İlk olaraq Çində satışa çıxan "Nokia 6"nın xüsusiyyətləri isə belədir:

5.5 düyümlük 2.5D curvel Full HD ekran

Snapdragon 430 prosessor

4GB RAM

64GB daxili yaddaş sahəsi (microSD dəstəyi)

İki Simkart xüsusiyyəti

16MP arxa kamera

3000mAh batareya

Dolby Atmos stereo səsgücləndirici, Bluetooth 4.1, LTE

Android 7.0 Nougat əməliyyat sistemi

Nkia 6A - nın təqdimatı

552 milyon ağıllı telefon istifadəçisinin mövcud olduğu Çin bazarının üstünlüyündən faydalanmaq adına Android cihazını sadəcə bu bazarda satışa çıxaran Nokianın sözü gedən telefonu üçün uyğun gördüyü qiymət isə 245 dollardır.