22 min manatlıq unitazın verdiyi həzz

08 Yanvar, 2017 17:26 | Həyat Tərzi | Baxış sayı: 341
Unitaz
Unitaz

12.500 dollarlıq "ağıllı" ayaqyolu, əziyyət çəkmədən sizi gigiyenik üsullarla işinizi həll etməyə şərait yaradır

Ağıllı texnologiyalar artıq həyatımızın hər nöqtəsinə girmiş vəziyyətdədir. Belə ki, ağıllı ayaqyolular da artıq həyatımızın bir parçası olmağa başladı. Ancaq Yaponiyada istehsal edilən bir ağıllı ayaqyolu, adətən ağıllı olmağın sərhədlərini sınayır.

İstiPress-in məlumatına görə, "Webtekno.com" "Toto Actillite" adlı bir Yaponiya şirkəti tərəfindən istehsal edilən on minlərlə dollar dəyərə sahib ağıllı ayaqyolu, daxilindən isidilən bir sistemə sahibdir. Oturduğunuzda olduqca isti bir ayaqyolu və sadəcə bir ədəd idarə konsolu ilə qarşılaşırsınız. İşinizi həll edib bitirdikdən sonra məsələ gigiyenaya gəldikdə isə tək bir düyməyə basaraq xüsusi sulama və isti havayla qurulama sistemi ilə birlikdə heç yorulmadan təmizliyi əldə edirsiniz.

"Ağıllı" unitaz
"Ağıllı" unitaz

Təmizlik əməliyyatı tamamlandıqdan sonra sensorlar vasitəsilə çatdırılan dezodorant əlavə xoş bir qoxu olmasına da şərait yaradır.

Bəhs etdiyimiz bu qəribə ayaqyolu 12.500 dollarlıq qiyməti ilə indi sadəcə varlıların evində ola biləcək bir sistemdir. Ancaq irəliləyən vaxtlarda bu tərz ayaqyolular inkişaf etdirilərək daha uyğun qiymətlərlə qarşımıza çıxsa, xüsusilə restoranlar, ticarət mərkəzləri və s. kimi məkanlarda olduqca gigiyenik bir ayaqyolu imkanı təklif edilə bilər.