Xərçəngin daha bir səbəbi tapıldı

07 Dekabr, 2019 11:13 | Həyat Tərzi | Baxış sayı: 290
Genetika
Genetika

Onkoloji xəstəliklər DNT-dən də asılıdır

Beynəlxalq araşdırmaçılar qrupu xərçəng xəstəliyinin daha bir səbəbini tapa bilib. Onkoloji xəstəliyin bu səbəbi daha öncə heç kimə bəlli olmayıb. Alimlərin araşdırmalarının nəticələri "British Journal of Cancer" jurnalında yer alıb. 

Burada qeyd edilir ki, DNT zülallarının düzgün kodlaşdırılmaması onkoloji xəstəliklər, o cümlədən şiş genlərinə təsir edir. Bu isə xərçəng xəstəliyini yaranması ilə nəticələnir. 

Alimlərin məlumatına görə, onların tədqiqatları genetik skanı mükəmmələşdirməyə və xərçəngin inkişaf riskini müəyyən etməyə imkan verəcək. 

Bu eksprement zamanı 13 müxtəlif insan dərisində 6 milyondna çox gen dəyişikliyi analiz edilib.