Bir butılka içkiyə 2 milyon dollar verdilər

07 Noyabr, 2019 11:02 | Həyat Tərzi | Baxış sayı: 75
Viski
Viski

Viski 1926-cı ildə hazırlanıb

"Sotheby's" hərraac evi yeni dünya rekordu vurub. Bir butulka viski - "Macallan" 2 milyon dollara satılıb. "Macallan Single Malt" viskisini amerikalı kolleksiyaçı satışa çıxarıb. Bu içki üçün alıcısı 1,5 milyon funt sterlinq pul ödəyib. Onun kimliyi açıqlanmır.

İçki 1926-cı ildə hazırlanıb. Onun sərtliyi 42,6 faizdir. Bu eyni çəlləkdən çəkilən 40 butılkadan biridir. İlk butılkalar 80-cı illərin sonlarında satılıb. O vaxt qiymət 1 litrə görə 20 min funt civarında olub. 

Eyni buraxılışdan olan son butılka ötən il satışa çıxarılmış və 1,2 milyon funta satılmışdı.