Stalinin Bağırova bağışladığı 200 min dollarlıq maşın

07 Oktyabr, 2019 17:01 | Həyat Tərzi | Baxış sayı: 171
"ZiS"
"ZiS"

72 yaşlı avtomobil 3 il öncə eBay-da satılıb

Stalinin Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırova hədiyyə etdiyi "Zis-110" avtomobilinin aqibəti bəlli olub. 1947-ci ildə istehsal edilən maşın hazırda ABŞ-dadır və baxımsız qalıb.

Rusiya mətbuatında yer alan məlumata görə, Stalinin ölümündən sonra Bağırov öz vəzifəsindən uzaqlaşdırlır. Onun avtomobili isə Mərkəzi Komitənin qarajına göndərilir. "Zis-110" 1968-ci ilə kimi burada saxlanılır. Bundna sonra maşını Azərbaycandan olan məmurlardan hansınasa bağışlanır. 

1989-cu ildə "ZiS" 1998-ci ildə amerikalı avtomobil idxalçısı ilə tanaış olan növbəti sahibini tapır. Bir il sonra onlar razılaşırlar və avtomobil ABŞ-a yola salınır. Orada uzun illər ərzində qarajda qalıb toz basır. 2016-cı ildə isə eBay-da 200 min dollara satılır. Hazırda avtomobilin vəziyyəti ideal deyil, amma ona bir az pul və sevgi lazımdır.

Xatırladaq ki, 1945- 1961-ci illər ərzində bu markanın 2089 nümunəsi istehsal edilib.