Hər gün bu məhsulu ye, xərçəng olma

07 Oktyabr, 2019 15:56 | Həyat Tərzi | Baxış sayı: 277
Sarımsaq
Sarımsaq

Xərçəngdən qoruyan qidaların adı açıqlandı

Qadınların ən çox əziyyət çəkdiyi, hər il minlərlə insanın ölümünə səbəb olan süd vəzi xərçəngindən qorunmaq üçün faydalı olan məhsulların adı açıqlanıb. Bu soğan və sarımsaqdır. Nyu-York universitetinin alimləri belə qənaətə gəliblər. 

Mütəxəssislər bunun üçün bir sıra araşdırmalar həyata keçiriblər. Onlar 2008-2014-cü illər arasında süd vəzi xərçənginə tutulan 30-79 yaş arasında olan qadınların qida zamanı üstünlük verdikləri məhsulları, həyat tərzlərini yoxlayıb, onların qida rasionlarını sağlam qadınlarla müqayisə ediblər.

Bəlli olub ki, uzun müddət ərzində gündə 1 və ya 2 dəfə müxtəlif qidalar, sousların tərkibində olsa belə soğan və sarımsaqdan istifadə edənlərdə xərçəng riski bu tərəvəzləri yeməyənlərlə müqayisədə 67 faizə kimi azalır.  

Alimlər deyirlər ki, sarımsağın tərkibindəki minimum 4 element  mikroblara, göbəyə, viruslara qarşı mübarizə aparır və bədxassəli hüceyrələrin yaranmasının qarşısını alır. 

Analoji təsiri soğan da göstərir. Bu məhsullar həm də mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldırlar.