Dünyanın ən rəngli festivalı başladı VİDEO

07 Oktyabr, 2019 14:20 | Həyat Tərzi | Baxış sayı: 57
Hava şarı
Hava şarı

Milyonlarla turistin izlədiyi festival ABŞ-da keçiirlir

ABŞ-da dünyanın ən rəngarəng festivallarından biri başlayıb. Hava şarı festivalı Nyu-Meksika ştatında Albukerke şəhərində start götürüb. Göy üzünü onlarla rəngarəng və müxtəlif formalı şar bürüyüb. 

İlk şarlar hələ gün çıxmamış havaya buraxılıblar. İzləyicilər əvvəlcə onların gecənin qaranlığında işıqlarla rəqsini izləyiblər, daha sonra isə gün çıxımı zamanı fərqli mənzərə başlayıb. Onların arasında bütün heyvanların formaları, hətta Brazilyadakı İsa Məsihin heykəli formasında olanı da var idi. 

Adıçəkilən festival hər il şəhərə milyonlarla turist cəlb edir. İştirakçılar nəinki şaları izləyə, həm də onlarda havaya da uça bilərlər.