Azərbaycanlı qızdan Putinə ad günü hədiyyəsi: "Louboutin" "Team Putin" oldu

07 Oktyabr, 2019 12:03 | Həyat Tərzi | Baxış sayı: 86
Geyim
Geyim

Diplomatın qızı prezidentin şərəfinə yeni brend yaradır

Rusiya prezidenti Vladimir Putin üçün doğum günü hədiyyəsi. "Christian Louboutin"nin yerini "Team Putin" brendi alacaq. Azərbaycanlı diplomatın qızı kimi tanınan Aysel Trudel  "Christian Louboutin" mağazasının yerində "Aizel x Team Putin" açıb. Burada patriotik printli geyimlər satılacaq. 

Əslən azərbaycanlı olan iş xanımı "Aizel" brendinin sahibi olmaqla yanaşı həm də "Christian Louboutin", "Agent Provocateur", "Aquazzura", "Bonpoint" və "Laduree"nin Rusiyadakı nümayəndəsidir. Məlumata görə, butikin yerləşdiyi bina paytaxtda Bolşoy Dmitrovkada yerləşir və Aysel ilə əri Luiyə məxsusdur. 

"Aizel x Team Putin" kolleksiyasında bel çantaları, ipək köynəklər, 1970-ci il stilində olan mini ətəklər, interyer üçün yastıqlar daxil olacaq. A.Trudel geyimlərdə prezidentin adı və ya fotosunun olub-olmayacağı barədə məlumatı şərh etməyib. 

"Aizel x Team Putin" kolleksiyası iş qadınına 12 milyon rubla başa gəlib. Əldə edilən gəlirin bir hissəsi xeyriyyə üçün ayrılacaq. 

Layihə bu gün - Putinin doğum günündə işə düşməlidir.