Azərbaycanlı ailənin körpəsi Rusiyada gündəm oldu

07 Oktyabr, 2019 14:10 | Həyat Tərzi | Baxış sayı: 220
Körpə
Körpə

Buna səbəb Rusiyaya köçən ailənin övladlarına qoyduqları addır

Azərbaycandan Rusiyaya köçən ailənin bir neçə gün öncə doğulan övladı artıq mətbuatın gündəminə düşüb. Buna səbəb isə onun adıdır. Belə ki, Oleq və İnna Solnışkinlər qızlarının adını Rusiya qoyublar. Cütlük bu adı uşağa Rusiyanın şərəfinə veriblər. Onların sözlərinə görə, bu ölkə ilə çox xoş xatirəlri bağlıdır. 

Rusiya ailənin ikinci qızıdır. Onun böyük bacısının adı Sofiyadır. 

"Bizim qızımıza nə üçün Rusiya adı verdiyimizi ancaq bu ölkənin vətəndaşlığını almağa çalışanlar anlaya bilər. Nə qədər mərhələ var! Mən 2016-cı ildə vətəndaşlıq aldım. Həyat yoldaşımda isə proses davam edir", deyə Oleq bildirib. 

Ailə Rusiyanın qeyri-adi adına görə məktəbdə də incidilməyəcəyindən əmindir. Körpənin atası burada qəribə heç nə olmadığını deyir."Məsələn, uşaqlara Yuri Qaqarinin şərəfinə ad qoyurlar. Sadəcə mən Rusiyanı sevirəm, bu yolla da öz sevgimi göstərirəm. Bütün dünyanı gəzmişəm. Amma harada olsam da ev özünə doğru çəkir".