Naxçıvanda uşaqlar üçün keçirilən xüsusi mərasim

07 Oktyabr, 2018 16:29 | Həyat Tərzi | Baxış sayı: 198
Zirətov - Naxçıvanda zahı qadınlar üçün bişirilən xüsusi yemək
Zirətov - Naxçıvanda zahı qadınlar üçün bişirilən xüsusi yemək

Ən yaxın qonşu və ailə üzvləri dəvət olunur

Xalqımızın illərin sınağından çıxıb gəlmiş gözəl milli adətləri var və zaman-zaman bu adətlər öz rəngarəngliyi ilə özünü göstərir.  Naxçıvanda hələ qədimdən mövcud olan "uşağın 10 günü " adəti çox maraqlıdır.

İstiPress-ə bu adət barədə Culfa rayonunun Göydərə kənd sakini Telli Əsgərova danışıb və yeni doğulan qız nəvəsi üçün bu qədim adəti keçirdiyini deyib.

Bu adət Naxçıvanda çox yayılan milli adətlərdəndir. Yeni doğulan körpənin 10-cu günündə ana və körpə çimizdirilir və gözəl süfrə açılır. Süfrəyə ləziz yeməklərlə yanaşı, düyü unundan hazırlanmış "zirətov" adlanan halva da mütləq qoyulur. Bu halva ana olan qadınlara 10 gün müddətində verilir.

Uşağın 10 günü mərasiminə ən yaxın qonşu və ailə üzvləri dəvət olunur.