Beyonsun seçdiyi azərbaycanlı modelyer Xarı Bülbül ilə Nyu-Yorku heyran etdi

07 Sentyabr, 2019 09:57 | Həyat Tərzi | Baxış sayı: 206
Xarı Bülbül kolleksiyası
Xarı Bülbül kolleksiyası

Modelyer yeni kolleksiyasını göstərdi

Azərbaycanlı modelyer dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində geyimlərini nümayiş etdirib. Bu dəfə o özü kolleksiyasını “Xarı Bülbül” adlandırıb. Kolleksiyanı yaradarkən o işğal altında olan Qarabağda bitən eyni adlı çiçəkdən ilham alıb.

Podiuma Ayşe Hatun Önal baş maniken olaraq çıxıb. Modellər arasında Türkiyədə yaşayıb, işləyən Günay Musayeva da olub. Ümumilikdə kolleksiyanı 30 əcnəbi model nümayiş etdirib. "Khari Bulbul Flower" adlı kolleksiyada 2020-ci ilin yaz-yay geyimləri nümayiş edilib. Nümayiş Nyu-Yorkda böyük marağa səbəb olub və böyük kütlə tərəfindən izlənilib.  

Kolleksiyada ipək, şifon, kristallarla bəzədilən toxunma parçalar önə çıxıb. Üstünlüyü isə nanə, bənövşəyi, çəhrayı, kirli ağ kimi rənglər təşkil edib.

Xatırladaq ki, R.İsmayılın AFFFAIR markası Beyons, Cennifer Lopez, Aşanti, Lil Kim kimi dünya ulduzlarının seçimidir.