Bayram namazının vaxtı bilindi

07 Avqust, 2019 14:30 | Həyat Tərzi | Baxış sayı: 218
Namaz
Namaz

Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. Namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür. Qeyd edilən tarixlər həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyü üçün beşgünlük qrafiklə çalışanlar 4 gün ardıcıl evdə olacaqlar.