23 dəqiqəyə 255 şiş kabab yedi FOTO

07 Avqust, 2018 13:08 | Həyat Tərzi | Baxış sayı: 240
Ceren Yılmaz
Ceren Yılmaz

Bir anda 40 kq çəkisi olan gənc qız 47 kq oldu

Türkiyədə 40 kq çəkisi olan gənc qız 23 dəqiqədə 4 kiloqram ət yedi. İstiPress-in məlumatına görə, Antaliyada 21 yaşlı Ceren Yılmaz, bir restoranın keçirdiyi yarışda rekorda imza atıb. 21 yaşlı qız 23 dəqiqədə 255 çöp şiş, 3 stəkan ayran, 2 stəkan su, 1 qab salat, 1 lavaş yeyib.

28 yaşlı restoran sahibi İlyas Dəmir məkanının reklamı üçün qeyri-adi yola əl atıb. O, 45 dəqiqədə 200 çöp şiş kabab yeyən qadın müştərisinə 5500 lira pul, mobil telefon, qızıl sikkə və 4 ay müddətində pulsuz yemək verəcəyini elan edib. Yarışa tələb o qədər böyük olub ki, iş yeri sahibi eyni müsabiqəni 301 şişlə kişilər üçün də keçirməli olub. 

Yarış üçün gələn müştərilər əvvəlcə tərəziyə çıxıblar. C.Yılmaz o qədər balaca və arıq olub ki, restoran sahibi ona qalib gələcəyi təqdirdə 4 deyil 5 ay pulsuz yemək verəcəyini deyib.Heç kim, hətta yaxınları belə onun qalib ola biləcəyinə inanmayıb. Lakin bu incə və zərif qız 255 şiş kababı yeyərək hər kəsi heyrətə sala bilib. 4 kq quzu ətindən olan kababları yedikdən sonra o yenidən tərəziyə çıxıb və bu dəfə 47 kq gəlib.