Putinin adına pendir VİDEO

07 Avqust, 2017 08:26 | Həyat Tərzi | Baxış sayı: 96
Pendir və tərəvəzlər
Pendir və tərəvəzlər

Pendir 1,5 illikdir

Rusiyada ölkə prezidenti Vladimir Putinin adına pendir hazırlanıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, pendir festivalda təqdim edilib.

Moskva ətrafındakı İstra şəhərində fermer təsərrüfatı festivalı olub. Festival Rusiyanın qərb ərzaq istehsalçılarına qoyduğu embarqonun üçüncü ili şərəfinə baş tutub. Bu embarqo 2014-cü ildə Krımın ihlaqına görə qərb ölkələrinin sanksiyalarından sonra qoyulub. 

Festivalda 70 pendir istehsalçısı da iştirak edib. Prezidentin şərəfinə adlandırılan pendir 1,5 illikdir. Fermer deyib ki, əgər prezident nə vaxtsa festivalda iştirak edərsə o bu pendiri ona bağışlayacaq.