Xərçəng xəstəliyi haqqında bunu bilirsinizmi?

07 İyul, 2017 14:30 | Həyat Tərzi | Baxış sayı: 406
Xəstəlik
Xəstəlik

Alzaymer, xərçəng, parkinson... Son illərin ən təhlükəli xəstəlikləri hesab edilir. Hər il minlərlə insanın düçar olduğu bu xəstəliklərin adları haradan götürülüb? İstiPress xəstəliklərin adlarının tarixçəsini təqdim edir. 

Alzaymer
Alman elm adamı Alois Alzaymer Frankfurtdakı bir xəstəxanada yatan xəstələrdən birinin əlamətlərini araşdırmağa başlayıb. Qısa müddətli yaddaş pozğunluqlarının özünü göstərdiyi bu xəstəlik haqqında ilk təqdimat 3 noyabr 1906-cı ildə olub. Bundan sonra xəstəliyin rəsmi adı Alzaymer qalıb.

Daun sindromu 
Xəstəliyi Con Langdon Haydon Daun adlı elm adamı tapıb. O, ruhi əsəb dispanserində öyrənmə yetərsizliyindən əziyyət çəkən xəstələr üzərində araşdırma aparıb.  Bundan sonra onun üzərində çalışdığı xəstəlik daun adını alıb. İngilis elm adamı qripə yoluxaraq ölüb.

Ebola
Virus ilk dəfə 1976-cı ildə Konqo cumhuriyyətindəki Ebola çayı sahilində görülüb. 

Malariya
İtaliyan dilindən "mala aria" sözlərindən əmələ gəlib. Tərcüməsi "pis hava" deməkdir.

Parkinson
Ceyms Parkinson xəstəlik haqqında araşdırmalarını 1817-ci ildə bitirib. Onun özü bu xəstəliyə yaxalanan ilk adam olub. Adolf Hitler, Məhəmməd Əli, Bülent Ecevit və Robin Uilyams da Parkinson xəstələri olub.

Xərçəng 
Antiq yunan dilindən alınan sözdür. Səbəbi isə xərçəng kimi xəstəliyin qurbanlarını yavaş-yavaş süründürərək öldürməsidir. 

Alois Alzeymer
Alois Alzeymer
Con Langdon Haydon Daun
Con Langdon Haydon Daun
Ceyms Parkinson
Ceyms Parkinson