İti milyarderin ölümünə səbəb oldu - Traktoru üzərinə sürdü

07 İyun, 2017 03:30 | Həyat Tərzi | Baxış sayı: 156

70 yaşlı fermer həmçinin daşınmaz əmlak işi və siyasi fəaliyyətlə də məşğul olurmuş

Böyük Britaniyada multimilyonçu fermer Derek Midin iti sahibinin ölümünə səbəb olub. İstiPress-in məlumatına görə, insident Şimali Somerset qraflığında baş verib.

Məlumata görə, fermerin iti qəfil traktorun kabinəsini tullanıb və təsadüfən mühərriki işə salıb. İtin hərəkət etdirdiyi traktor fermeri vurub. Hadisə yerinə gələn polis və həkimlər onu xilas edə bilməyiblər. Multimilyonçu ürək tutmasından keçinib.

70 yaşlı fermer həmçinin daşınmaz əmlak işi və siyasi fəaliyyətlə də məşğul olurmuş.