Məşhur müğənni salona soyuna-soyuna gəldi, yarıçılpaq qaldı FOTOLAR

07 May, 2019 10:47 | Həyat Tərzi | Baxış sayı: 236
Ledi Qaqa
Ledi Qaqa

İlin ən qeyri-adi balı keçirilib

Nyu-Yorkda Kostyum İnstitunun ənənəvi balı keçirilib. Bu bal ilin ən parlaq gecələrindən biri hesab edilir. Bu dəfə də məşhurlar adlarından söz etdirməyi bacarıblar. Moda, şou-biznes, kino dünyasının simaları ən qəribə geyimləri ilə gecəyə toplaşıblar.

"Met Gala-2019"un ən çox diqqət çəkən siması islə ekstravaqant Ledi Qaqa olub. O, qırmızı xalıya sözün əsl mənasında soyuna-soyuna gəlib. 

33 yaşlı müğənni bala əsl gecə geyimində gəlib. Lakin qırmızı xalıya çıxan kimi ilk sürprizini edib. Cəhrayı rəngli uzun şleyfli donunu köməkçiləri əynindən çıxarıblar. Onun altında isə daha eleqant qara rəngli geyim olub. Bir neçə metr sonra köməkçilər yenidən gözə dəyiblər. Onlar bu dəfə müğəninin qara geyimini soyundurublar. Bu dəfə də onun əynində uzun çəhrayı don olub. Zala girməmiş onu da soyunan Ledi Qaqa ancaq alt paltarında qalıb. Bundan sonra da o dinc dayanmayıb. Pilləkənlərə uzanan Qaqa fotosessiya etdirib. 

Ketti Perri
Ketti Perri
Selen Dion
Selen Dion
Serena Uilyams
Serena Uilyams