Bunlar bədənimizin kimya fabrikini məhv edə bilər

07 Yanvar, 2020 12:04 | Həyat Tərzi | Baxış sayı: 139
Salat
Salat

Sağlam qaraciyər üçün 8 məsləhət

Uzun bayram tətilindən sonra sağlamlığımızın qeydinə qalmağın əsl vaxtıdır. Ehtimal ki, nəfis bayram təamlarına çoxları biganə yanaşa bilməyib. Bəs yağlı, şirin qidalardan, içkilərdən sonra bədənimizin kimya fabriki hesab edilən qaraciyərimizi necə qoruya bilərik? Bayram süfrəsindən sonra da qaraciyərimizin sağlam qalması üçün bir neçə məqama diqqət etmək faydalıdır. 

1. Müntəzəm içkidən istifadə qaraciyərdə bərpası mümkün olmayan ziyana yol açır. İllər keçdikcə bu vərdiş qara ciyər xərçəngi, serroza kimi apara bilər.

2. İdeal çəkinizi qoruyun. Bayramlarda artıq çəki alsanız belə bunu verməyə çalışın. Karbonhidratla zəngin olan qidaları, fast fudu, doymuş yağla bol olan məhsulları rasiondan çıxarın. Çörək, makaron, şirniyyat, kartof qızartması, yağlı souslar, ətlər və şəkərli içkilər - bunlar qaçmanız gərəkən qidalardır. 

Balıq
Balıq

3. Omega-3, C vitamini, E vitamini ilə bol, antioksidant tərkibli məhsullara üstünlük verin. Süfrədən zeytunyağı ilə hazırlanmış salat, balıq, kələm, turp, çuğundur, qara üzüm kimi məhsulları əksik etməməyə çalışın. Gündə bir ovuc qoz, badam yeməyə səy göstərin. Unutmayın ki, aflatoksin adlı gizli kif rütubətlənmiş qidalarda olur və müəyyən zamandan sonra qaraciyərdə toplanaraq xərçəngə yol aça bilər. Bunun üçün də çərəzlərin saxlanma şəraitinə xüsusi diqqət ayırın. 

4. Yoxlanmış və etibarlı yerlərdə satılan paketlənmiş göbələklərdən başqa təbiətdən toplanan göbələklərdən uzaq durun. Bunlar qaraciyərdə ağır  fəsadlara yol açan toksinlərin toplanmasına səbəb ola bilər. 

5. Hər günə idmanla başlayın. Ən azı 30 dəqiqəlik sürətli yürüyüşü əksik etməyin. Bu həm çəki almaqdan, həm də qaraciyəri piyənməkdən qoruyur.

İdman
İdman

6. Sağlam qaraciyər üçün hepatit B və C-dən qorunmaq olduqca vacibdir. Peyvədləri vurdurun, müntəzəm qan analizləri verin. 

7. Meyvə və tərəvəzləri bol su ilə yuyun. Bu torpaqdan yoluxan parazitlərdən, eləcə də məhsullarda istifadə edilən gübrələrin fəsadlarından qorunmağınıza kömək edəcək. 

8. Həkimlə məsləhətləşmədən heç bir dərman preparataı qəbul etməyin.