Bakıda Biznes mərkəzində 24 yaşlı gənc güllələndi

07 Yanvar, 2017 14:30 | Həyat Tərzi | Baxış sayı: 76
Meyit
Meyit

Məlumata görə, qətl "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində qətl hadisəsi baş verib. İstiPress-in məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib. Qətlə yetirilən şəxsin ofisin əməkdaşı olduğu güman edilir. 

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.
 
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.