"WhatsApp" sabahdan bu funksiyanı qadağan edir

06 Dekabr, 2019 11:55 | Həyat Tərzi | Baxış sayı: 8692
"WhatsApp"
"WhatsApp"

Kütləvi mesajlaşma artıq olmayacaq

Dünyanın ən populyar ani mesajlaşma xidməti olan "WhatsApp"  istifadəçilərinin şikayətlərini nəzərə aldı. Dekabr  ayının 7-dən insanların ən çox şikayət etdikləri funksiyanın fəaliyyəti məhdudlaşdırılacaq. Söhbət toplu mesajlardan gedir. 

"WhatsApp" reklam şirkətləri və firmaların kütləvi mesajlarla istifadəçiləri narahat etməsinin qarşısını almaq məqsədi ilə bu addımı atdığını elan edib.

Şirkətin yaydığı məlumatda qeyd edilir ki, göstərilən tarixdən sonra qanunları pozanlara qarşı hüquqi addımlar atılacaq.