"WhatsApp"dan "bomba" kimi yenilik

06 Dekabr, 2017 10:10 | Həyat Tərzi | Baxış sayı: 495
WhatsApp
WhatsApp

Sizə yazanlara cavab verməsəniz nə olacaq?

Hər ötən gün istifadəçi sayı artan, dünyanın ən populyar ani mesajlaşma sistemi olan "WhatsApp" yeniliklərinin sırasına daha biri əlavə etməyə hazırlaşır. İstiPress-in məlumatına görə, sistem vaxt itkisinin qarşısını mümkün qədər almağa çalışacaq.

Məsələn, bir yaxınınız sizə mesaj yazıb və həmin an siz ona cavab verə bilmirsiniz, ya da vermək istəmirsiniz. "WhatsApp" yeniliyi sizi bu dərddən xilas edəcək. 

Artık sizin yerinizə sistem özü danışacaq, mesaj göndərəcək.  WACAO (Whatsapp Chat Assistan) istifadəçilərin mesajlarını oxuyacaq, xatırlatamalar edəcək və əgər istəsəniz cavab da verəcək.

Məsəslən tətildəsiniz, telefonunuza bir-birinin ardınca mesajlar gəlir. Hazır cavablar yaradaraq bütün dost-tanışınıza avtomatik olaraq göndəriləcək. Nəticədə siz hər kəsə bir-bir cavab vermək dərdindən xilas olacaqsınız.

Xatırladaq ki, bir neçə gün öncə "WhatsApp" səs yazma funksiyasında yenilik edib. Artıq səs yazısı göndərmək üçün mikrofon işarəsini barmağınızla saxlamaq dərdindən xilas olacaqsınız. Belə ki, səsli mesaj üçün işarəni yuxarı sürüşdürmək kifayət edəcək.