Dolma Azərbaycanın oldu

06 Dekabr, 2017 12:30 | Həyat Tərzi | Baxış sayı: 190
Yarpaq dolması. Arxiv.
Yarpaq dolması. Arxiv.

Dolma UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib

Dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Bu barədə qərar dekabrın Cənubi Koreyanın Çedjudo adasında keçirilən təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul olunub.

Xatırladaq ki, Hökumətlərarası Komitə qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya çərçivəsində yaradılıb.

Azərbaycanın UNESCOyanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün “twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib.