Kim Çen In 7 ay sonra birinci xanımı üzə çıxardı (FOTO)

06 Dekabr, 2016 12:04 | Həyat Tərzi | Baxış sayı: 50
Şimali Koreya prezidenti həyat yoldaşı ilə birlikdə
Şimali Koreya prezidenti həyat yoldaşı ilə birlikdə

Dünyanın ən qapalı ölkəsinin birinci xanımı Ri Sol Ju əri ilə qırıcıların şousunu izləyib

Dünyanın ən qəddar prezidentlərindən biri kimi tanınan Şimali Koreyanın dövlət başçısı həyat yoldaşını 7 aylıq fasilədən sonra üzə çıxarıb. İstiPress-in "haberler"ə istinadla verdiyi məlumata görə, dünyanın ən qapalı ölkəsinin birinci xanımı Ri Sol Ju uzun fasilədən sonra ictimaiyyət arasında görünüb. 

Ölkənin rəsmi xəbər agentliyi Kim Çen Inın qırıcıların yarışını birinci xanımla birlikdə izlədiyini elan edib. Prezident yarış zamanı ölkənin Hərbi Hava Qüvvələrinin hər an baş verə biləcək hücuma hazır olmalı olduğunu deyib. 

Ri son dəfə mart ayında paytaxt Pxenyanda görünmüşdü. O, gündən sonra Kim Çen In az qala bütün ölkəni gəzsə də birinci xanım heç vaxt onu müşayiət etməyib. 

Rinin 7 aydır görünməməsi bir çox şayiələrin yayılmasına səbəb olmuşdu. Tokio Vaseda universitetində Pxenyan rejimi ilə bağlı araşdımalar aparan Toşimitsu Şigemura birinci xanımın uzun zamandır görünməməsinin bir neçə ehtimalla bağlı ola biləcəyini deyir. "Hamilə ola və ya əri ilə aralarında problemlərinin olması ehtimalları var idi. Bundan başqa son zamanlar Pxenyandan gələn xəbərlərə görə, ordu daxilində Kimə qarşı bəzi etirazlar var. Daha bir ehtimal isə onun çox qorunduğu üçün üzə çıxmadığıdır".

Kim Çen In həyat yoldaşı ilə birlikdə
Kim Çen In həyat yoldaşı ilə birlikdə