Aksesuar seçib biabır olmamağın yolları (FOTO)

06 Dekabr, 2016 16:53 | Həyat Tərzi | Baxış sayı: 41
Aksesuar
Aksesuar

Geniş yaxa, böyük şal...

Aksesuarlar obrazı tamamlamağın ən gözəl yoludur. Kiçik bir aksesuarla görünüşünüzü daha zənginləşdirə və ya tamamilə korlaya bilərsiniz.

Əgər ikincini etmək istəmirsinizsə, aksesuar seçimini daha diqqətlə edin. İstiPress.com aksesuar seçimində səhvə yol verib zövqsüz görünməmək üçün kiçik məsləhətləri təqdim edir. 

Geniş yaxa, böyük şal 
Böyük yaxası olan paltolarınızı, pencəklərinizin boynunu üstdən taxdığınız iri şərf və ya şallarla örtməyin. Boynunuzu isti saxlamaq istəyirsinizsə paltonun altından kiçik bir şərf istifadə edərsiniz.

Şal və geniş yaxalı paltolar
Şal və geniş yaxalı paltolar

İri zinət əşyaları
Çox iri olan bjituriyanın istifadəsindən çəkinin. Ancaq zövqsüzlər bir neçə iri aksessuardan ibarət olan dəsti bir arada istifadə edə bilər. 

İri bjuteriya
İri bjuteriya

Eyni rəngli ayaqqabı və çanta 
Bu iki aksesuarın eyni rəngdə olmaq dəbi artıq köhnəlib. Rənglərin və bəzəklərin fərqli olması daha şık bir görüntü əldə etməyinizə kömək edəcək.

Ayaqqabı və çanta kombini
Ayaqqabı və çanta kombini

Öncəliklərinizi seçin  
Əgər geyiminizi vurğulamaq istəyirsinizsə sadə  aksesuar, yox əgər aksesuarınızı vurğulamaq istəyirsinizsə sadə geyim seçin. İkisindən eyni anda istifadə xoşagəlməz görüntüyə səbəb ola bilər. 

Sırğa
Sırğa

Ziyafət geyimi və qol saatı 
Qol saataı gündəlik, idman və ya iş üslubu ilə gözəl görünür. Ziyafət geyimlərini isə bilərziklə tamamlayın. 

Qol saatı
Qol saatı

Böyük üzük  
Qalın üzüklər qısa və kök barmaqlarda gözəl görünmür. Nazik üzüklər belə barmaqları daha uzun göstərir. 

Üzüklər
Üzüklər

Zidd rəngli əlcəklər 
Bir qayda olaraq əlcəklərinizin üzərinizdəki hər hansı bir geyim və ya başqa aksesuarla eyni rəngdə olmasına diqqət göstərin.

Əlcəklər
Əlcəklər

Pastel tonları qara ayaqqabı ilə geyməyin 
Pastel tonlar obraza yumşaqlıq qatır. Qara ayaqqabılar isə bütün görünüşü korlaya bilər. 

Pastel rənglər
Pastel rənglər

Etnik aksesuarlar  
Etnik aksesuarları rəngarəng geyimlərlə kombinləməkdən qaçın. Çünki bu halda onların gözəlliyi rənglərin arasında itir. 

Etnik aksesuar
Etnik aksesuar