Meyvələrin tacı xəstəxanalıq edə bilər

06 Noyabr, 2019 13:07 | Həyat Tərzi | Baxış sayı: 247
Nar
Nar

Narın ən ciddi mənfi təsiri

Qış meyvələrinin baş tacı. Tərkibi saysız hesabsız vitamin, minerallarla zəngin olan nar şübhəsiz ki, bu ada layiqdir. Amma o da bəzən insanı xəstəxanalıq edə bilər. Narın bu mənfi tərəfi haqqında eşidənlər yəqin ki, çox deyil. Bunun üçün də min bir dərdin dərmanı olduğu deyilən meyvələri belə normadan artıq istifadə etmək məsləhət görülmür. 

Narın ən ciddi əks təsiri allergik reaksiyalara səbəb ola bilməsidir. Allergiyanın əlamətləri - qaşıntı, şişmə, boğazda qıcıqlanma, mədə ağrısıdır. Daha ciddi vəziyyətlərdə hətta nəfəs darlığı, boğaz və dilin şişməsi, hətta anafilaktik şok da yaşana bilər.

Nar istifadə edilən hər hansı dərmanla da reaksiyaya girə bilər. Bunun üçün də mütləq həkimizlə məsləhətləşin. 

Əgər belə halla qarşılaşmısınızsa dərhal nar yeməyi dayandırın, allergiya olan bölgəni ovxalamayın. Qızaran dərini bədən losyonu və ya məlhəmlə örtün. Həmin bölgəyə daha geniş geyimlər geyinin. 

Daha şiddətli reaksiyalarda isə həkimə müraciət edin.