Apokalipsisdə sağ qalmaq üçün ən təhlükəsiz ölkələr

06 Oktyabr, 2019 11:38 | Həyat Tərzi | Baxış sayı: 86
Apokalipsis
Apokalipsis

Biotexnologiyanın inkişafı bəşəriyyəti təhlükəyə ata bilər

Alimlər dünyada yayılan epidemiyaların səbəb ola biləcəyi apokalipsis zamanı insanların sağ qalma ehtimalı olan ölkələrin adlarını açıqlayıblar. 

Otaqo Universitetinin professoru Nika Uilsonun sözlərinə görə, biotexnologiya sahəsindəki kəşflər  bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan genetik epidemiyaya səbəb ola bilər. Apokalipsis olarsa sağ qalma şansı sıfıra bərabərdir. Ancaq insanın faciə zamanı lazımı yerdə olması onun bu şansını nisbətən çoxalda bilər. 

Elm adamı bunun üçün təbii yolla yayaılan infeksiyalardan təcrid olunana adalar ola biləcəyini qeyd edib. Sağ qalma şansının arta biləcəyi bəzi ölkələrin adı da açıqlanıb. Siyahıda ən təhlükəsiz məkanlar Avstraliya, Yeni Zellandiya və İslandiyadır.