20 illik iş - Cənubi Amerikada bitən meyvə Azərbaycanda yetişdirildi

06 Oktyabr, 2019 12:10 | Həyat Tərzi | Baxış sayı: 181
Quayava
Quayava

Min bir dərdin dərmanı olan quayava Lənkəranda becərilib

Cənubi Amerikadır, Asiya və Afrikada bitən meyvəni Azərbaycanda yetişdirdilər. AMEA-nın Lənkəran Regional Elm Mərkəzində quayava bitkisi ədlə edə biliblər. Professor Fərman Quliyevin rəhbərliyi ilə İran İslam Respublikasından gətirilən tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin rayonlaşdırılması istiqamətində imkanlar araşdırılıb.

Professorun sözlərinə görə, bununla bağlı 20 ilə yaxın elmi-tədqiqat işləri aparılıb və vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq havada, sintetik örtük və otaq şəraitində becərilməsinə dair bir sıra uğurlu nəticələr əldə edilib.

Quayava günəşli və çoх isti yerləri sevir. Quraqlığa dözümlüdür. İldə 1-2 dəfə məhsul verir. Quayava bitkisindən qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə edilir. Həmçinin yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Quayavada rekord miqdarda, orta hesabla 100 qrramda 240 mqr C vitamini olduğundan, ondan müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifafadə edilməsi tövsiyə olunur. Çoxlu miqdarda lif və müxtəlif vitaminlərin olması ciddi xəstəlikdən sonra sağlamlığı tez bir zamanda bərpa etməyə imkan verir. Meyvələri nəinki insan orqanizminin tonusunu yüksəldir, həm də limfa sistemini gücləndirmək qabiliyyətinə malikdir.

Şirəli meyvələri bronxial astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət görülür. Bitkinin təzə yarpaqları yarasağaldıcı xüsusiyyətlərə malikdir. Onlardan çiban və hər cür dəri səpkilərindən qurtulmaq üçün geniş istifadə olunur. Həmçinin diş ağrısını tez bir zamanda aradan qaldırır.

Bu bitkinin kolunun yarpaqlarından hazırlanan şəfalı çay müxtəlif mədə-bağırsaq pozğunluqlarını aradan qaldırır və nizamsız menstrual sikli bərpa edir, başgicəllənmə və dizenteriya üçün də məsləhət görülür. Yarpaqların həlimi güclü öskürəkəleyhinə vasitə hesab olunur.

Həmçinin ağızda yaraları sağaltmaq və ağrıları azaltmaq üçün yaxalama kimi də təyin edilir. Yarpaqlardan əlavə, çiçəklərindən və bitki qabığından da istifadə olunur. Yarpaqları və qabıqlarının birləşmiş qarışıqları antipiretik xüsusiyyətlərə malikdir.

AMEA-nın Lənkəran Regional Elm Mərkəzində quayavanın artırılması istiqamətində müəyyən işlər görülür.