Qocaltmayan qidalar

06 Sentyabr, 2019 13:02 | Həyat Tərzi | Baxış sayı: 157
Bibər
Bibər

Bu məhsullar dərinin elastikliyini qoruyur

Qocalmağın qarşısını almaq mümkün deyil. Amma onu ləngitməyi hamı arzu edir. Alimlər belə bu məsələ üzərində hər il onlarla araşdırmalar aparırlar. Bu problemi isə hələlik ancaq bəzi tibbi müdaxilələrlə yanaşı sağlam qidalanmadan keçir. 

Qidalarla sağalamlığı həm qorumaq, həm də yaşalanmanı gecikdirmək ən effektiva vasitə hesab edilir. Bunun üçün qida rasionunda olan məhsullarda sellüloz (kleçatka) bol olmalıdır. Bu maddə bağırsakların mikroflorasını qoruyur, orqanizmi toksik və kansrogen maddələrdən təmizləyir. 

Gəncliyi uzadan ən faydalı tərəvəz bibər hesab edilir. O dünyada C vitamini ilə ən bol məhsuldur. Onun tərkibində gündəlik C ehtiyacının 300 faizi var. 

Əgər C vitamini orqanizmdə bol olarsa dəri, daxili damarlar öz elastikliyini uzun müddət qoruyacaq. Vitaminlə zənginliyinə görə, ilk pillədə sarı, sonrakı yerlərdə isə qırmızı və yaşıl bibər durur. 

Onun tərkibi görməyə olduqca müsbət təsir edən A vitamini ilə də boldur. Kalorisi və fruktozası az olduğu üçün pəhrizdə olanlar da can rahatlığı ilə yeyə bilərlər. 

Yulaf - E vitamini ilə zəngindir. Yaşlanma dərinin görünüşü ilə müəyyən edilir. E isə qırışların yaranmasını gecikdirir. O həm hüceyrə yenilənməsini sürətləndirir, həm də dərini ultrabənövşəyi şüalardan qoruyur. 

Kofe - kofein dərinin hamar və gözəl rəng almasına kömək edir.

Motsarella pendiri  -  kalsium ilə boldur. Bu isə sasğlam dişlər, saçlar və sümüklər deməkdir. Gözəl gülüş, baxımlı dırnaqlar və saçlar gənc görünüşünüzü təmin edəcək. 

Qrepfrut - Tərkibindəki C dərinin elastikliyinin daha uzun müddətli olmasına yol açır. Onun çatışmazlığı zamanı kollagen itkisi yaranır və qırışlar daha da dərinləşir. 

Qoz -  Omega -3-ün ən gözəl mnbəyidir. O, orqanizmi həm daxildən, həm də xaricdən gücləndirir. Qoz beyin fəaliyyətini sürətləndirir, epidermis qatının qurunmasının qarşısını alır, qoruyucu təbəqə yaradır.  

Buğda - 100 qraam buğda məhsulunda qocalmağa mane olan 400 antioksidant var. Kollagen səviyyəsini artırır, elastikliyi qoruyur. Həm də sərbəst radikallarla mübarizə aparır.

Kofe
Kofe
Qoz
Qoz