Ölü qadın 56 gün sonra ana oldu

06 Sentyabr, 2019 11:35 | Həyat Tərzi | Baxış sayı: 145
Doğuş zamanı
Doğuş zamanı

Beyin ölümü qeydə alınan qadının qızı doğulub

Polşanın Krakov şəhərində beyin ölümü gerçəkləşən qadın ana olub. Əslində körpə bir neçə ay öncə dünyaya gəlib. Qadın ilin əvəllində -  ölümündən 56 gün sonra qızını dünyaya gətirib. 

Gənc qadın hamiləliyinin 20-ci həftəsində qeyri-müəyən diaqnozla Universitet xəstəxanasına gətirilib. Həkimlər onun beyin damarlarında parçalanma olduğunu və ya daxili qanaxma baş verdiyini ehtimal ediblər. O dərhal neyrocərrahlar tərəfindən əməliyyat edilsə də, vəziyyəti günü-gündən pisləşib. 

Bir müddət sonra onun beyin ölümü qeydə alınıb. Lakin həkimlər dölü xilas etmək qərarına gəliblər. Süni nəfəs aparatına bağlanan qadının körpəsi daha 8 həftə ana bətnində qalıb. 

Nəticədə 1,3 kq çəkidə dünyaya gələn qız 5 ay xəstəxanada qalıb. İndi körpə artıq sağlam şəkildə evə buraxılıq və atası ilə birlikdə yaşayır.