“Aşurada uşaqların məscidlərə gəlməsi məqsədəuyğun deyil”

06 Sentyabr, 2018 11:03 | Həyat Tərzi | Baxış sayı: 144
Aşura
Aşura

Qafqaz Müsəlmanları İdarəsi Lənkəranda çıxış edib

“Aşura” günü uşaqların məscidlərə gəlməsi məqsədəuyğun deyil”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri  Şeyxülislam Allahşükür Paşazadə deyib. O, Lənkəranda keçirilən seminarda Qazılar Şurasının “Fətva”sı barədə məlumat verdiyini deyib. 

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət-ənənələrimizə ciddi riayət olunduğunu bildirib.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə düşür. Fətva da qeyd edilir ki, Aşura günü sentyabrın 20-nə təsadüf edəcək.