Azərbaycan Cənubi Qafqazda lider oldu - xoşbəxtlik siyahısı

06 Sentyabr, 2017 09:40 | Həyat Tərzi | Baxış sayı: 69
Xoşbəxtlik indeksi
Xoşbəxtlik indeksi

Ölkəmiz Gürcüstanı, Ermənistanı, Ukraynanı da qabaqlayıb

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb. Siyahıda Azərbayacanın da adı var. İstiPress-in məlumatına görə, Azərbaycan Cənubi Qafqazdakı qonşularını, hətta bəzi Avropa ölkələrini də qabaqlaya bilib.

Ölkəmiz 155 dövlətin arasında xoşbəxtlik səviyyəsinə görə, 85-ci olub. Ən yaxın qonşularımız hesab edilən Gürcüstan bu siyahının 125, Ermənistan isə 121-ci pilləsindədir. 

Keçmiş sovet ittifaqı ölkələrindən digərlərinin reytinqi isə belədir:

Özbəkistan - 47

Rusiya - 49

Litva 52-

Latviya - 54

Türkmənistan 59

Qazaxıstan 60

Estoniya - 66

Belarus -  67

Tacikistan - 96

Qırğızıstan - 98

Ukrayna - 132

Ən xoşbəxtlərin yaşadığı ölkələr siyahısına Norveç başçılıq edir. Onu qonşuları Danimarka və İslandiya izləyir. 
Siyahının hazırlanmasında ekspertlər iqtisadi, psixoloji amilləri nəzərə alırlar.