Online geyim satışı ilə ildə 15 milyon dollar qazanır

06 Avqust, 2017 12:51 | Həyat Tərzi | Baxış sayı: 181
Michael Preysman
Michael Preysman

Sayt 3 il əvvəl xidmətə başlayanda hər şey bu qədər sadə deyildi

Michael Preysmanın yaratdığı online geyim saytı Everlane'ın olduqca sadə bir missiyası var. Kişi və qadınları üçün aşağı xərcli, lüks, keyfiyyətli geyim və aksesuarlarla təmin etmək. Sayt 3 il əvvəl xidmətə başlayanda hər şey bu qədər sadə deyildi. Saytın qurucusu və CEO-su Michael Preysman bir zamanlar New Yorkda investorluq edib. Preysman istehlakçıların hər məhsulun arxasındakı hekayəni bilmək haqqına sahib olduğu düşüncəsi ilə Everlane'ı yaradıb.

İstiPress bizplus.az-a istinadən bildirir ki, Everlane məşhur müştərilər tərəfindən seçilən pambıq köynək, yun şərf və dəri çantalar satır. Rəsmi veb saytlarında ABŞ, Avropa və Çində olan fabriklərdən fotoşəkillər və məhsulların istehsal prosesləri haqqında məlumatları izləyicilərlə paylaşırlar.

Preysmanın bildirdiyinə görə, 2016-cı ildə qazancı 15 milyon dollar olub.