Bu mahnı həyatı xilas edə bilər VİDEO

06 İyun, 2018 08:55 | Həyat Tərzi | Baxış sayı: 179
Xəstə
Xəstə

"Macarena"nın tibbdəki faydası

İspan qrupu "Los Del Rio"nun "Macarena" mahnısı insanın ürək massajı zamanı həyatını xilas edə bilər. İstiPress-in məlumatına görə, adıçəkilən mahnının ritmi dəqiqədə 103 zərbəyə bərabərdir. Bu isə döş qəfəsinə basmanın tezliyi ilə uyğundur. İspan alimlər belə düşünürlər. 

Barselona universitetinin alimlərinin apardığı ekspedisiyada 164 tələbə iştirak edib. Onlar üç qrupa bölünüblər. İlk qrup ürək masajını metronom zərbəsi, ikinci qrup ürəklərində "Macarena" ifası ilə edib. Üçüncü isə nəzarət taksitası ilə çalışıb. 

Nəticədə bəlli olub ki, ən yaxşı nəticəni birinci qrup əldə edib -91 faiz, ikincilərin nəticəsi isə 74 faiz olub. Üçünçü qrupun isə nəticəsi olduqca bərbad olub. 

Metronomun effektivliyi yüksək olsa da, onu tapmaq hər zaman mümkün olmur. Bunun üçün də 90-cı illərin hiti bu zaman köməyə çata bilər.