Hansı kişilər çox yaşayır?

06 İyun, 2017 08:42 | Həyat Tərzi | Baxış sayı: 316
Depressiyada olan kişi
Depressiyada olan kişi

Amerikalı alimlərdən yeni araşdırma

Sakit və təmkinli insanlar temperamentli və tündxasiyyət adamlardan daha uzun yaşamaq şansına sahibdirlər. 

İstiPress-in məlumatına görə, bu qənaətə amerikalı alimlər gəliblər. Bunun üçün onlar minlərlə kişinin 50 illik həyatını analiz ediblər.

Nəticədə bəlli olub ki, neqativ emosiyalara daha çox yüklənmiş insanlarda qlükokortikoid hormonunun səviyyəsi daha yüksək olur. Bu isə ölüm riskinin artmasına səbəbolan amildir. 

Başqa bir araşdırma isə göstərib ki, həyatda uşaq sahibi olmaq da ömrə təsirsiz ötüşmür. Nəsil davam etdirmək istəyən şəxslər, övladı olmayanlardan daha çox yaşayırlar.