On bir ayın sultanı - Ramazan başladı

06 May, 2019 08:50 | Həyat Tərzi | Baxış sayı: 114
Ramazan
Ramazan

İlk günün duaları, iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan (Orucluq) ayı başlayıb. Ramazan ayının 1-i Miladi tərvimlə mayın 6-na təsadüf edir. Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, imsak vaxtı saat 03:57-də, iftar isə saat 19:56-dadir.

Birinci günün iftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan ayı iyunun 5-də başa çatacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5, 6-sı Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və iki gün tətil olacaq.