Kəbə heç vaxt belə olmamışdı - boş qaldı FOTO

06 Mart, 2020 11:18 | Həyat Tərzi | Baxış sayı: 324
Kəbə
Kəbə

Müqəddəs məkanlarda koronavirus karantini

Səudiyyə Ərəbistanının dünyanı cənginə alan koronavirus təhlükəsinə görə Ümrə ziyartinin qadağan etməsindən sonra Kəbə boş qalıb. 
Bu qərardan sonra hər il milyonla müsəlmanın üz tutduğu müqəddəs məkanlar ən sakit günlərini yaşayırlar.

Kəbə və Məscidi Haramda hazırda işçilərdən başqa heç kimsə qalmayıb. Müqəddəs məkanların boş vəziyyətdə olan fotoları sosial şəbəkələrdə yayılıb. 

Xatırladaq ki, Səudiyyə fevralın 27-də "Covid-19"a görə ziyarətlərin müvəqqəti dayandırıldığını elan edib. Ölkədə ilk yoluxma halı martın 2-də müşahidə edilib. Viruslu şəxs isə İrandan gələn sərnişin olub.