Bu içki beyninizi gücləndirir, ağrıları yox edir və arıqladır

06 Fevral, 2020 11:36 | Həyat Tərzi | Baxış sayı: 519
Qoz suyu
Qoz suyu

İki qoz və bir stəkan su kifayətdir

Həm əsas qidalarda, həm salatlarda, həm də ara yeməklərində əla alternativ olan qozun suyu da ən azı özü qədər faydalıdır. Bəs çərəzin suyu nəyə faydalıdır və onu necə içmək olar? 

Bir stəkan suyun içərisinə iki ədəd təmizlənmiş qoz ataraq bir gecə saxlamaq kifayətdir. Səhər yuxudan oyandıqdan sonra bu suyu içə, qozları da yeyə bilərsiniz. İndi isə faydalarından bəhs edək. 

Çəki verməyə kömək edir
Tərkibindəki protein sayəsində yağ yandırılmasını sürətləndirir, metobolizmanı gücləndirir. 

Xolestrolu tənzimləyir
Bu sayədə ürək-damar xəstəliklərindən qorumaq özəlliyinə də sahibdir. Tərkibindəki fol, Omega-3 və maqnezium və vitaminlər infarkt riskini də azaldır. 

Yorğunluq, gərginlik, halsızlığı aradan qaldırır. Nəticədə həyat keyfiyyətiniz yüksəlir. 

Qan şəkərini tənzimləyir, qan dövranını sürətləndirir.Nəticədə özünüzü daha enerjili və gümrah hiss edirsiniz. 

Qadınlarda mensturasiya dövründə olan ağrıları azaldır.

Beyin funksiylarını gücləndirir və gələcəkdə Alzaymer xəstəliyi riskini azaldır. 

Süd verən analar üçün də əvəzsizdir. Bu həm onların artıq çəki almasına mane olur, həm də qozdakı vitaminlərin süd yolu ilə uşağa keçməsinə yol açır.

Həzm sistemini yaxşılaşdırır, qəbzliyi aradan qaldırır.

Sakitləşdirici təsirə malikdir. Bunun üçün də yatmazdan öncə də içilə bilər.

Dırnaq və saçları gücləndirir.

Dərimi yumşaldır, elastikliyi artırır.