27 yaşlı kişi ata-anasını məhkəməyə verir - "Niyə məni dünyaya gətirmisiz?"

06 Fevral, 2019 14:25 | Həyat Tərzi | Baxış sayı: 100
Rafael Samuel
Rafael Samuel

Samuel heç kimdən icazə almadan həyata müdaxiləni səhv hesab edir

Hindistanda 27 yaşlı gənc doğma ata-anasına qarşı məhkəmə iddiası qaldırıb. Onun kişayətinə səbəb isə dünyaya gəlməsidir. Rafael Samuel "icazəm olmadan məni dünyaya gətiriblər" deyə valideynlərindən şikayət etməyə hazırlaşır. 

"Bu dünyada acı çəkəcəklərini bilə-bilə uşaq sahibi olurlar. Bu doğru deyil". Onun sözlərinə görə, ata-anası ilə münasibətləri yaxşıdır. Ancaq heç bir uşaq valideynlərinə heç nə borclu deyil. Samuel deyir ki, əksinə evlərinə şənlik, sevinc bəxş etdiyi üçün valideynlər özlərini övlada borclu hiss etməlidirlər. 

"Özlərinin zövqləri üçün məni dünyaya gətiriblər. Bu zamana qədər rahat həyat yaşamışam. Ancaq insanın icazəsi olmadan başqa bir adamın təhsil, iş, kariyera, ailə qurmaq kimi təzyiqlər etməyə haqqı yoxdur. 

Yaşadığımız dünyaya uşaq gətirmək ağılsızlıqdır."