Tez ölməmək üçün bunları edin (FOTO)

06 Yanvar, 2017 10:58 | Həyat Tərzi | Baxış sayı: 121

Ömrü qısaldan davranışlar

Gün ərzində yaxşı yaşamaq və gümrah qalmaq üçün bir çoxumuz ciddi cəhdlə çalışırıq. Amma nəzərdən qaçırdığımız xırda detallar belə ömrümüzü qısalda bilər. Bəs onlar hansılardır?

İstiPress gün ərzində bizə önəmsiz kimi görünən, lakin ömrümüzü qısaldan davranışlarımızı təqdim edir. 

Sosiallaşmamaq 
Utancaq və qapalısınız? Müəyyən yaşdan sonra xarakterinizi dəyişmək çətin ola bilər. Ancaq unutmayın ki, sosiallaşmağın avantajları olduqca böyükdür. Mütəxəssislərin fikrincə, qapalı insan olmaq ən azı siqaret və spirtli içki qədər sağlamlığa ziyandır. 

Sosial çevrəmiz bizə daha gümrah qalmağa, depressiyaya düşməməyə, düşsək belə daha tez xilas olmağa kömək edir. Araşdırmalar sosial əlaqələri güclü olan insanların qapalılara nisbətən uzunömür sürmək şansının 50 faizə yaxın artığını göstərir. 

İntim həyat 
Başım ağrayır bəhanəsi ilə intim həyatınızı ləngitmək sağlamlığınız üçün ən böyük təhdidlərdəndir. Kişilər üzərində aparılan təhqiqatlar göstərib ki, ayda bir dəfə intim münasibəti olanların ölüm riski həftədə bir cinsi həyatı olanlarla müqayisədə iki dəfə daha yüksəkdir.

Fəal cinsi həyatın faydaları saymaqla bitməz. Seks və ölüm arasındakı əlaqə hələlik araşdırma mövzusu olsa da onun sağlamlıq üçün labüd olduğu qətidir. 

İntim münasibət
İntim münasibət

Aqresiv insanlar 
Çoxlarımız ətrafımızda qaba, düşüncəsiz və hörmət qoymayan insanları saxlamamağa çalışırıq. Amma təəssüf ki, onlardan qaçmaq heç də hər zaman mümkün olmur.

İş yerində qaba insanlarla çalışmaq, ünsiyyətdə olmaq sağlamlığımıza o qədər ziyandır ki... Bu amil ömrü qısaldan əsas faktorlardan biridir. Əgər onlarla eyni mühitdə olmağa məcbursunuzsa, dil tapmağın yollarını axtarın.

Aqresiv davranış
Aqresiv davranış

Yuxusuzluq
Ömrü qısaldan, sağlamlığımızı korlayan ən əsas faktorlardandır. Orqanizmin gümrah olması, normal çalaışması üçün gündə 7-8 saat dincəlməyə ehtiyacı var. 

Az yatmaq immun sistemini zəiflədir, ürək-damar xəstəlikləri, təzyiq, piylənmə, şəkər kimi problemlərə səbəb olur. Bu isə ölüm riskinin bir neçə dəfə artması deməkdir. 

Mütəxəssislər hər gün eyni saatda yatağa girməyi, yuxudan 2-3 saat öncə heç nə yeyib-içməməyi, elektron alətlərdən uzaq dayanmağı məsləhət görürülər. İşıqları azaldın, ilıq duş və rahatlamaq üçün bir fincan çobanyastığı çayı. Siz rahat və keyfiyyətli yuxuya hazırsınız...

Yuxusuzluq
Yuxusuzluq

Hərəkətsiz həyat 
Gündə 3 saatdan çox oturmaq qadağandır. Bu ömrümüzdən minimum 2 il oğurlayır. Oturaq həyat tərzi xərçəng başda olmaqla, ürək-damar, təzyiq kimi ciddi xəstəliklərə yol açır. Mütəxəssislər gündə azı 30 dəqiqə idman etməyi məsləhət görür. Amma bu da gündə  10-15 saat oturmağa əsas vermir.

Ən azı telefonla danışanda ayağa qalxın, yaxın yerə mail göndərmək yerinə özünüz gedin. Alış-verişi telefonla yox birbaşa mağazaya getməklə edin, pilləkənləri özünüz qalxın.

Oturaq həyat tərzi
Oturaq həyat tərzi

Gülməyi unutmaq
Gülmək ən ucuz və təsirli dərmandır. Gülməyə meyilli insanlar daha az ürək-damar xəstəliklərinə yoluxurlar. Bu vərdiş bütün dərdlərin səbəbi olan stresi azaldır, təzyiqi normallaşdırır, enerji verir, immun sistemini canlandırır.

Zorla olsa belə gülmək əhvalı dəyişə bilər. Səbəbsiz olsa belə gülməkdən çəkinməyin. 

Gülməyi unutmaq
Gülməyi unutmaq

Səhər yeməyini tərgitmək
Çox yeməyin zərərini, bu vərdişin ömrü necə qısaltdığını bilməyən yoxdur. Piylənmə xərçəngin ən yaxın dostlarındandır. Amma bu səhər yeməyinə aid deyil. 

Araşdırmalar göstərir ki, səhər yeməyini yeməyən insanlarda çəki problemi daha da artır. Bunun səbəbi isə metobolizmanın düzgün işləməməsidir.

Bundan başqa səhər normaq qida qəbul etməmək gün ərzində yağlı, duzlu, şirin yemək meylini gücləndirir. 

Səhər yeməyi
Səhər yeməyi