80-90-cı illərə qayıdış - 2017-də nə geyinək?

06 Yanvar, 2017 13:34 | Həyat Tərzi | Baxış sayı: 49
Dəb yenilikləri
Dəb yenilikləri

Bu il bizi gözləyən dəb yenilikləri

Qısa parıltılı, dekolteli, assimetrik kəsimli, payetli və çoxlu dərilər bu il göz oxşayacaq. Artıq bu trend yaz-yay kolleksiyalarında da özünü göstərməyə başlayıb.

Bu dəbə məşhurlar da bilərək və ya bilmədən təkan verirlər. Məsələn, Ledi Qaqa və  Kendal Cenner kimi tanınmışlar  80-cı illərin parlaqlığına ikinci nəfəs verirlər. 

Aksesuarlar da bu il daha böyük və rəngli olacaq. Biz hələ robotlar və gəlmələrin izlərinin  də gündəlik həyatımıza sirayət etməsini görə biləcəyik. 

2017-ci il dəfilələrində qarşımıza ən çox çıxan qabarıq ətəklər, iri qollardır. Çiçək bəzəkləri baharın klassiki olsa da, insanı bezdirmir. Bu il 3D görüntüsü olan çiçəklərdən bol-bol istifadə edilib.

Bahar pastel rənglərlə vidalaşma mövsümüdür. Parıltılardan sonra sarı, mavi, yaşıl, qırmızı ən çox istifadə edilən rənglər arasında olacaq. 

Yazda 90-cı illərin modasının təsirlərini daha çox cinslərdə görmək olacaq. Məsələn, cins pencəklər və onları bəzəyən müxtəlif nişanlar. 

Ötən ildən başlayan hündürbel və enli cinslərlə yanaşı, balağı sökülmüş effekti verən şalvarlar - IT-Jeans dəbdədir.