Təsdiqləndi - saç boyası xərçəng yaradır

05 Dekabr, 2019 15:00 | Həyat Tərzi | Baxış sayı: 340
Boya
Boya

Amerikalı alimlər belə qənaətə gəliblər

"Saç boyaları xərçəng yaradır?"Bu sual dünyada milyonlarla qadınları maraqlandıran əsas sağlıq məsələlərindən biri idi. Aparılan bir araşdırma bu suala cavab tapıb - bəli, müntəzəm boyamalar xərçəng yaradır. Xüsusi ilə süd vəzi xərçəngi riski artır. 

ABŞ Milli Sağlamlıq İnstitutlarının onminlərlə qadın üzərində apardığı və nəticələrini "International Journal of Cancer" jurnalında yayımladığı araşdırma boyalar, kimyəvi müdaxilələrin bu riski 9 faiz artırdığı qeyd edilib. Bundan başqa kimyəvi məhsullarla saç düzləşdiriçiləri süd vəzi xərçəngi riskini 30 faizə kimi artırır.

Bu arada mütəxəssislər qalıcı olmayan boyalarla şişlər arasında hər hansı əlaqənin olub-olmadığını açıqlamayıblar.