Azərbaycanlıların ən çox getdiyi ölkə

05 Dekabr, 2019 17:01 | Həyat Tərzi | Baxış sayı: 201
Sankt Peterburq
Sankt Peterburq

Rusiyaya turist səfəri edən 10 ölkənin adı açıqlanıb

“TurStat” turizm portalı 2019-cu il yanvarın 1-dən sentyabrın 30-dək turist qəbuletmə statistikasını təhlil edərək, bu il Rusiyanın ən çox turist qəbul etdiyi ölkələrin reytinqini təqdim edib. 2019-cu ilin 9 ayının yekunlarına əsasən, bu il Rusiyaya turist səfərlərinin sayına görə ilk on ölkə sırasına Ukrayna (5 milyon 944 min səfər), Qazaxıstan ( 2 milyon 716 min), Çin (1 milyon 594 min), Azərbaycan (684 min), Finlandiya (681 min), Almaniya (592 min), Polşa (497 min), Abxaziya (435 min), Ermənistan (420 min) və Estoniya (383 min) daxil olublar.

Azərbaycandan Rusiyaya səfərlərin sayı ötən illə müqayisədə 2019-cu ilin 9 ayı ərzində 19 min artaraq 684 minə çatıb.

Rusiyaya turizm səfərlərini Cənub-Şərqi Asiya və Avropa İttifaqı ölkələrindən turistlər təmin ediblər.

“TurStat”ın məlumatına görə, Rusiyaya turizm səfərlərinin liderləri Çin, Cənubi Koreya və Almaniya olub.