15 milyonluq Yen il yolkası FOTO

05 Dekabr, 2019 10:54 | Həyat Tərzi | Baxış sayı: 85
Yolka
Yolka

Yolka rəngli briliyantlarla bəzədilib

İspaniyada dünyanın ən bahalı yeni il yolkalarından biri qurulub. Briliyantlarla bəzədilən ağac Marbeli şəhəri yaxınlığında "Kempinski Hotel Bahia" otelinin foyesində göz oxşayır.  

Bayram ağacını qırmızı, ağ, çəhrayı və qara briliyantlar bəzəyir. Ağacın dizayneri Debbi Uinqhemdir. Bu bayram aksesuarının qiyməti 15 milyon dollardır. 

Ağacın üzərindəki həm də "Bulgari", "Cartier", "Van Cleef & Arpels" "Chanel" kimi brendlərin məhsulları asılıb. 

Xatırladaq ki, 2010-cu ildə Abu-Dabidəki "Emirates Palace" oteli qurduğu yeni il yolkasını 11 milyon dollar dəyərindəki zinət əşyaları ilə bəzəyərək Ginnesin Rekordlar kitabına düşmüşüdü.